ABŞ və Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib

ABŞ və Kanada Rusiyaya qarşı sanksiya siyahılarını genişləndirib...

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi və Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, ABŞ onlarla fiziki və hüquqi şəxsi Rusiya üzrə sanksiya siyahısına əlavə edib. Qeyd olunur ki, siyahıya Rusiya vətəndaşları, həmçinin Rusiyanın “Expobank”ı, qızıl hasilatı ilə məşğul olan “Highland Gold” şirkəti və onun sahibi Vladislav Sviblov daxil edilib.

Kanada isə anti-Rusiya sanksiya siyahısına daha 30 fiziki şəxsi əlavə edib. Kanada Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən sənədlərə əsasən, məhdudlaşdırıcı tədbirlər Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərində, xüsusən də Xerson vilayətində seçkilərdə iştirak etmiş şəxslərə qarşı tətbiq edilib.

Poliqon.info