Moskva hava limanında sərnişinlərlə dolu təyyarə qar topasının altında qalıb  

Moskvanın Vnukovo hava limanında göyərtəsində sərnişinlərin olduğu “Yak-40” təyyarəsi qar topasının altında qalıb...  

Məlumata görə, Voloqda aviasiya şirkətinə məxsus təyyarə Moskvadan Voloqdaya uçmalı imiş. O, uçuşa hazırlaşarkən uçuş-enmə zolağından çıxıb və qar topasına girib.

Qeyd edək ki, fövqəladə vəziyyətə görə təyyarənin uçuşu altı saat gecikib. Nəticədə bəzi sərnişinlər Voloqdaya qatar və ya avtobusla getməyə qərar veriblər.

Poliqon.info