Braziliyalı futbolçu ildırım vurması nəticəsində ölüb

Braziliyanın “Uniau Japirense” komandasının 22 yaşlı futbolçusu Kayo Enrike de Lima matç zamanı ildırım vuraraq dünyasını dəyişib...  

"Report" xəbər verir ki, bu barədə Braziliyanın "Globo" portalı məlumat yayıb.

Qeyd edilib ki, hadisə Parana ştatında regional həvəskarlar kubok matçı zamanı baş verib.

Bildirilib ki, daha 6 futbolçu zədələnib.

Japira meriyası futbolçunun ailəsinə və yaxınlarına başsağlığı verib, vəfatı ilə əlaqədar matəm elan edib.

Poliqon.info