Zelenski: Ukrayna Quru Qoşunlarının sayı iki dəfədən çox artıb

Ukrayna prezidenti Vladimir Zelenski ölkənin quru qoşunlarında 600 mindən çox hərbçinin xidmət etdiyini bildirib...

Poliqon xəbər verir ki, Ukrayna prezidenti bu barədə Telegram kanalında yazıb. Prezident bildirib ki, Ukraynada quru qoşunların müxtəlif qollarında 600 mindən hərbiçi var və müharibə başlayandan sonra quru qoşunların şəxsi heyəti iki dəfə artıb .

Qeyd edək ki, noyabrda Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidmətinin rəhbəri Vladislav Seleznev Ukrayna ordusunun sıralarında olan insanların ümumi sayını 1,3 milyon nəfər təşkil etdiyini açıqlamışdı.

Ukraynanın müdafiə naziri Rustem Umerov isə sentyabrda bildirib ki, 2022-ci ilin fevralından bu yana Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin sayı üç dəfə artıb.

Poliqon.info