Macarıstan Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların 6 ay gecikdirilməsini tələb edib

Ukraynanın Avropa İttifaqı üzvlüyünə hazırlanması ilə bağlı qərar 6 ay təxirə salınmalı və Alyansdan Kiyevə hər hansı yardım onun büdcəsindən gəlməməlidir...

Poliqon "Financial Times"a istinadən xəbər verir ki, bunu Macarıstanın Avropa İttifaqı işləri üzrə naziri Yanoş Bok deyib.

Yanoş Bokun sözlərinə görə, Macarıstan israr edir ki, Ukraynaya hər hansı yardım Avropa İttifaqının birgə büdcəsindən gedə bilməz və üzvlük danışıqları ilə bağlı qərar iyunda keçiriləcək Avropa Parlamentinə seçkilərə qədər gözləməlidir.

Nazir onu da əlavə edib ki, Macarıstan prinsiplərə əsaslandığı üçün bu mövqedən əl çəkmək niyyətində deyil.

Qeyd edək ki, dekabrın 11-də Macarıstanın xarici işlər naziri Peter Siyarto ukraynalı həmkarı Dmitri Kulebaya Avropa Komissiyasının Kiyevlə Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamaq təklifinin hazırlanmadığını bildirib.

Elə həmin gün məlum olub ki, Avropa İttifaqı ölkələrinin müdafiə nazirləri Kiyevə hərbi yardımın yeni tranşı ilə bağlı razılığa gələ bilməyiblər. Litva isə rəsmi Macarıstanı Avropanı parçalamaqda ittiham edib.

Bundan əvvəl Britaniyada onlar Macarıstanın baş naziri Viktor Orban arasında Ukrayna ilə bağlı gizli danışıqların aparıldığını bildiriblər.

Poliqon.info