İsrailin müdafiə naziri: “HƏMAS yaraqlıları kütləvi şəkildə təslim olurlar”

HƏMAS qruplaşmasının yaraqlıları kütləvi şəkildə təslim olurlar...

Bu açıqlamanı İsrailin müdafiə naziri Yoav Qalant çıxış edib.

O qeyd edib ki, təslim olanlara oktyabrın 7-də baş verən hücumlarda iştirak edənlər də daxildir.

Y.Qalant əlavə edib ki, hazırda İsrail ordusu HƏMAS-ın Cəbaliya və Şucayyadakı son qalalarını məhv etməklə məşğuldur.

“Radikallar iflas etməyə yaxındırlar. Təslim olanların sayı vəziyyət haqqında çox şey deyir. Onlar sığınacaqlardan çıxaraq silah və qida çatışmazlığının olduğunu etiraf edirlər”, - deyə İsrailin müdafiə naziri əlavə edib.

Polion.info