Şimali Amerikada sunamiyə səbəb ola biləcək yer qabığının qırılması aşkar edilib

Kanadada olan fransız alimləri Şimali Amerika qitəsində güclü sunamiyə səbəb ola biləcək yer qabığında əvvəllər məlum olmayan qırıq aşkar ediblər...

Poliqon xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.

Qırıq uzunluğu təxminən 75 kilometrdir. Xətt Britaniya Kolumbiyası əyalətinin ərazisindən keçir.

Alimlər deyib ki, aşkar edilmiş qırılma zonasında boğazın dəniz dibini qaldıran zəlzələ baş verərsə, bu prosesin yaratdığı sunami nəticəsində Britaniya Kolumbiyası və qonşu Amerika ştatı - Vaşinqtonun geniş ərazilərini su altında qoya bilər.

Hadisələrin bu inkişafı ilə Vankuver və Sietl kimi böyük şəhərlər daşqın zonasında olacaq. Ümumilikdə, bir milyondan çox insan risk altında ola bilər.

Bununla əlaqədar Fransanın Qrenobl-Alp Universitetinin tədqiqatçısı Nik Harrihauzen yaxınlıqdakı ərazilərin sakinlərini mümkün zəlzələ və sunamiyə hazır olmağa, qida, su, dərman və ilkin tələbat malları ehtiyatını hazırlamağa çağırıb.

Poliqon.info