Maduro Qayana ilə ərazi mübahisəsini diplomatik yolla həll etmək istəyir

Venesuela prezidenti Qayana ilə ərazi mübahisəsinin həlli üçün prioritet variantı açıqlayıb...

Venesuela Essequibo regionu ilə bağlı Qayana ilə ərazi mübahisəsini diplomatiya yolu ilə həll etmək niyyətindədir.

Poliqon xəbər verir ki, bu açıqlama ilə Venesuaela Respublikasının prezidenti Nikolas Maduro çıxış edib.

Venesuela rəhbəri ilə Qayana prezidenti Məhəmməd İrfaan Əli arasında danışıqlar dekabrın 14-də Karib adasında yerləşən Sent-Vinsent və Qrenadin ştatında baş tutacaq. Maduro qarşıdan gələn danışıqları Latın Amerikası və Karib hövzəsi ölkələri üçün böyük hadisə adlandırıb.

Maduro qeyd edib ki, Venesuela Qayana hökuməti və Exxon Mobilin qeyri-qanuni qərarları səbəbindən başlayan münaqişənin sülh yolu ilə həllinə çalışacaq.

Poliqon.info