İspaniya İsrailin HƏMAS-ın hücumuna cavabını qeyri-adekvat hesab edir

İspaniyanın Baş naziri Pedro Sançez İsrailin HƏMAS-ın 7 oktyabr hücumuna cavabını qeyri-mütənasib hesab edir...

Poliqon xəbər verir ki, Sançes bu barədə “Telecinco” televiziya kanalına müsahibəsində bildirib. Baş nazirin fikrincə, dünya münaqişə tərəflərinə “sülh üfüqü” təklif etməlidir.

“Təəssüf ki, İsrailin verdiyi cavabda proporsionallıq yoxdur” deyə Sançes bildirib.

Qeyd edək ki, İspaniyanın Baş naziri noyabr ayında bildirib ki, HƏMAS hücumu minlərlə uşağın ölümünə səbəb olan cavabla nəticələnməməli idi. Sançes beynəlxalq ictimaiyyəti Fələstini tanımağa çağırıb və həmçinin İsrailin Qəzza zolağında humanitar qanunlara hörmətlə yanaşmasına şübhə etdiyini bildirib. İspaniya səfiri iki dəfə İsrail Xarici İşlər Nazirliyinə çağırılıb. İsrailin Madriddəki səfiri məsləhətləşmələr üçün geri çağırılıb.

Poliqon.info