Kim Çen In şəxsi avtomobilini “Maybach”la dəyişib

Baxmayaraq ki, bu avtomobillərin tədarükü sanksiyalarla qadağan edilib, Şimali Koreya lideri Kim Çen In “Maybach” markalı avtomobil alıb...

Poliqon xəbər verir ki, Cənubi Koreyanın SBS yayım şirkəti Kim Çen Inın avtomobilinin dəyişməsinə diqqət çəkib.

Nəşrin məlumatına görə, dekabrda Pxenyanda keçirilən milli analar qurultayından çəkilmiş videoda avtomobilin arxa qapısının arxasında “Maybach” nişanı, baqajda isə S650 işarəsinin olması diqqət çəkir. SBS xəbər verir ki, görünür, söhbət 2019-cu ildə buraxılan Benz Maybach-dan gedir.

Qeyd edilir ki, Kim Çen Inın sentyabrda Rusiyaya səfəri zamanı köhnə avtomobildən istifadə etmişdi. Bundan SBS belə nəticəyə gəlir ki, Şimali Koreya lideri avtomobilini oktyabr və ya noyabrda dəyişib.

Bildirilir ki, “Maybach” avtomobili KXDR-də dəbdəbəli əşya hesab olunur, bu avtomobillərin ölkəyə tədarükü BMT Təhlükəsizlik Şurasının qərarı ilə qadağan edilib.

Poliqon.info