Çin Xarici İşlər Nazirliyi: ABŞ Yaxın Şərqdə “nifrət toxumuları” səpir...

Çin Xarici İşlər Nazirliyi ABŞ-ı Yaxın Şərqdə “yeni nifrət toxumları” səpməkdə ittiham edib...

Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasında Fələstin-İsrail münaqişəsində atəşkəslə bağlı qətnamələrin qəbulunu əngəlləməklə Yaxın Şərqdə yeni nifrət toxumları səpir.

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib.

“ABŞ-ın BMT Təhlükəsizlik Şurasının dərhal atəşkəsə çağıran humanitar qətnamə layihəsinə bircə veto qoymasından təəssüflənirik və məyus oluruq”, deyən çinli diplomat deyib.

Mao Nin hərbi əməliyyatların dayandırılmasına təcili ehtiyac olduğunu vurğulayıb və əlavə edib ki, “bu, beynəlxalq ictimaiyyətin ümumi konsensusudur”.

Poliqon.info