Prezidentin Ermənistana çağırışı... - Yerevan real addımlar atacaq?

İlham Əliyev deyib ki, rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyünün bəyanatlarla deyil, imza ilə təsdiqlənməsini gözləyir...

Siyasi-şərhçi: “Bu bəyanatlar ölkə başçısınında dediyi kimi, artıq imzalara keçməlidir. Ancaq Ermənistanın müxtəlif səbəblərdən əsassız tələblər irəli sürməsi bu prosesi xeyli ləngitdi”.

“Hesab edirəm ki, Ermənistan artıq reallıqları qəbul edib. İrəvan Azərbaycanın haqlı tələblərini qəbul edərək sülh prosesinə yenidən qayıdacaq”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli Azərbaycanla Ermənistan arasında baş verən prosesləri Poliqon-a şərh edərkən qeyd edib.

Prezident İlham Əliyev ötən günlərdə vurğulayıb ki, rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyünün bəyanatlarla deyil, imza ilə təsdiqlənməsini gözləyir. Eyni zamanda dövlət başçısı əlavə etdi ki, Ermənistanın ərazisini işğal etmək kimi bir hədəfimiz yoxdur. Aydın məsələdir ki, əgər qalıcı sülh olmazsa, bölgə ara-sıra dondurulan, bəzən isə qızışdırılan münaqişə məkanı kimi qalmaqda davam edəcək.

Bəs İrəvan tərəfinin sülhü dayanıqlı etmək, tərəflər arasında münasibətlərin normallaşması, siyasi-diplomatik əlaqələrin qurulması, bölgənin sülh adasına çevrilməsi istiqamətində əməli addımlar atması inandırıcıdır?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Əgər bu formatda görüşlər davam edərsə, sülhə qısa zamanda nail olmaq mümkün olacaq”.

Qazaxda baş tutan görüşü xatırladan ekspert Poliqon-a açıqlamasıda qeyd edib ki, üçüncü tərəf olmadan baş tutan bu görüşdə xeyli irəlləyişlər əldə olundu, əsirlərin mübadiləsi və sairə inkişaf oldu:

“Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın qarşılıqlı olaraq hər iki ölkənin ərazi bütövlüyünü tanıması məsələnin həllində mühüm addım sayılırdı. Ancaq hazırda növvəti addımların atılmasına ehtiyac var. Bu bəyanatlar ölkə başçısınında dediyi kimi, artıq imzalara keçməlidir. Ancaq Ermənistanın müxtəlif səbəblərdən əsassız tələblər irəli sürməsi bu prosesi xeyli ləngitdi.

Eyni zamanda ABŞ və Avropa İttifaqının qərəzli mövqe ortaya qoyması, Vaşinqton və Brüssel formatlarına olan inamı da alt-üst etdi. Ancaq onların unutduğu bir məsələ var ki, bu sülh prosesi onlara bizdən daha çox lazımdır. Biz, son anti-terror tədbirlərindən sonra artıq ərazi bütövlüyümüzü tam bərpa etmişik və bizə xüsusi sülh müqaviləsinin imzalanması o qədər də önəm kəsb eləmir. Bu Erminastana daha çox lazımdır.

Bu baxımdan, hesab edirəm ki, Ermənistan artıq reallıqları qəbul edib. İrəvan Azərbaycanın haqlı tələblərini qəbul edərək sülh prosesinə yenidən qayıdacaq. Zatən bunun ilk siqnallarıda Qazaxda baş tutan görüşdə baş verdi. Üçüncü tərəf olmadan baş tutan bu görüşdə xeyli irəlləyişlər əldə olundu, əsirlərin mübadiləsi və sairə gəlişmələr oldu. Əgər bu formatda görüşlər davam edərsə, sülhə qısa zamanda nail olmaq mümkün olacaq. Əks halda isə bizim itirəcəyimiz heçnə yoxdur. Uduzan yenə Ermənistan olacaq”.

Nərminə UMUDLU Poliqon.info