Ələt-Astara yolunda qəza olub, xəsarət alan var

Köhnə Ələt-Astara magistralında yol-nəqliyyat hadisəsi baş verib...

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Cəlilabad rayonu ilə Biləsuvar rayonunu birləşdirən yolda qeydə alınıb. Hərəkətdə olan VAZ-2107 markalı minik avtomobili ilə "QAZel" markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü, Masallı rayon sakini, 1977-ci il təvəllüdlü Vüsal Əhməd oğlu İsrafilov xəsarət alıb. O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info