Nümayəndələr Palatasının spikeri Conson Zelenski ilə görüşəcək

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson ABŞ-a səfəri zamanı Ukrayna lideri Vladimir Zelenski ilə görüşəcək...

Poliqon xəbər verir ki, bu barədə The Hill nəşrii yazır. Nəşr qeyd edib ki, bu xəbər prezident Zelenskini çərşənbə axşamı Ağ Evdə görüşə dəvət etdiyi elan etdikdən dərhal sonra ortaya çıxıb.

Qəzet xatırladır ki, Zelenskinin səfəri və Consonla görüşü Konqresdə Ukraynaya yardım məsələsində parçalanma fonunda baş tutacaq. Nümayəndələr Palatasının spikeri Kiyevin dəstəyini vacib hesab etsə də, o, respublikaçılar tərəfindən sərhəd siyasətini dəyişdirmək və immiqrasiya nəzarətini gücləndirmək üçün təzyiqlərlə üzləşir. Buna görə də konqresmen Senatdakı həmkarlarından sərhəd qanununu Ukrayna və İsrailə yardım paketinə daxil etməyi xahiş edir.

Poliqon.info