Zalujnının sözləri Qərbdə narahatlıq yaradıb

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının cəbhədəki vəziyyətlə bağlı sözləri Qərb liderlərinin narahatlığına səbəb olub...

Poliqon xəbər verir ki, bu barədə Financial Times qəzeti adı açıqlanmayan məmura istinadən məlumat yayıb. Nəşr yazır ki, Valeri Zalujnının sözlərindən sonra Qərb Kiyevdən danışıqların prioritet olun olmadığını öyrənməyə çalışır.

“Zalujnının səmimiyyəti bir çox ukraynalıları heyrətləndirdi və bəzi Qərb liderləri bunun nə demək olduğunu və danışıqların indi prioritet olub-olmadığını öyrənmək üçün hətta Kiyevə zəng vurublar”, deyə nəşr rəsminin sözlərindən sitat gətirir.

Qeyd edək ki, bundan əvvəl Ukrayna qoşunlarının baş komandanı dövlətlər arasında münaqişənin dalana dirəndiyini bildirmişdi. O, qeyd edib ki, bu səbəbdən Ukrayna Silahlı Qüvvələri hücum əməliyyatlarında uğur əldə edə bilməyəcək.

Poliqon.info