ABŞ Ukrayna və İsrailə yardımla bağlı danışıqlarda problem olduğunu açıqlayıb

Senatda Ukrayna və İsrailə yardımla bağlı danışıqlar ABŞ və Meksika arasında sərhəd siyasəti ilə bağlı davam edən fikir ayrılıqları səbəbindən problemlə üzləşib...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.

“Biz hələ də Respublikaçıların tələbləri ilə məşğul olmağa çalışırıq. Hazırda respublikaçıların tələbləri əsassızdır. Əslində, onların təklifləri demokratların dəstəyini almırlar”, deyə nəşr respublikaçılarla əsas danışıqlar aparan demokrat senator Kris Mörfidən sitat gətirib.

Respublikaçı konqresmenlərin tələblərinə cavab olaraq ABŞ prezidenti Co Bayden sərhəd məsələsində əhəmiyyətli kompromislər əldə etməyə hazır olduğunu açıqlayıb. Bununla belə, respublikaçılar Kiyevə kömək üçün səs verməkdən imtina edir və Bayden administrasiyası tələb olunan tədbirləri görməyincə “bütün mövcud rıçaqlardan” istifadə etməklə hədələyirlər.

Qeyd edək ki, daha əvvəl bildirilmişdi ki, ABŞ Senatı Co Baydenin Kiyevə, o cümlədən İsrailə və digər milli təhlükəsizlik məqsədlərinə yardım paketi tələbinə dekabrın 11-dən gec olmayaraq səs verə bilər. Lakin respublikaçılar və demokratlar arasında fikir ayrılığına görə səsvermə gecikə bilər.

Poliqon.info