ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri bu həftə İsrailə səfər edəcək

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan həftənin sonunda İsrailə səfər edəcək...

Poliqon xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən The Times of Israel nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, səfər zamanı Sallivan Qəzzaya humanitar yardımın tədarükünün artırılmasını müzakirə edəcək, həmçinin İsrailin hərbi əməliyyatları nəticəsində anklavın mülki əhalisinin həlak olması ilə bağlı Vaşinqtonun narahatlığını ifadə edəcək.

Qeyd edək ki, ABŞ Senatının üzvü Berni Sanders deyib ki, İsrail dünya ictimaiyyətinin Yaxın Şərqdəki vəziyyəti qiymətləndirməsi baxımından reputasiya savaşını itirir.

Siyasətçi hesab edir ki, Birləşmiş Ştatlar gələcəkdə Qəzzada atəşkəsin yaradılması ilə bağlı BMT qətnaməsini dəstəkləyəcək. Sanders əlavə edib ki, bu, HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsinə və Qəzzaya humanitar yardımın çatdırılmasına imkan verəcək.

Eyni zamanda, Sanders hesab edir ki, HƏMAS-ın sərt mövqeyi səbəbindən bölgədə yaxın vaxtlarda daimi atəşkəsə nail olmaq mümkün deyil.

Poliqon.info