Goranboyda 15 yaşlı oğlan bələdiyyə binasının damından yıxılaraq ölüb

Goranboyda bədbəxt hadisə baş verib...

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.

Göyçay rayon sakini 2008-ci il təvəllüdlü Sadiq Qurbanov kənddə yerləşən bələdiyyə binasının damından yıxılıb. 15 yaşlı oğlan hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info