Qarabağda 16 abidə bərpa edilib

"Şuşada quruculuq işləri davam edir və Şuşanın siması aydan-aya dəyişir, özünün tarixiliyinə qayıdır".

Poliqon APA-ya istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov "Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı - 2023" ilinin rəsmi bağlanış mərasimində çıxışı zamanı deyib.

"Şuşanın və Qarabağın tarixliyini özündə əks etdirən abidələrimiz bərpa edilməkdədir. Bu günə kimi artıq 16 abidəmiz tamamilə bərpa edilib", - o deyib.

Aydın Kərimov "Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı - 2023" adını daşımağın şərəfli və qürurverici olduğunu əlavə edib.

"Biz bununla Şuşanın bütün çağdaş türk dünyası üçün nə qədər böyük məna daşıdığını görürük".

Poliqon.info