Premyer Liqa: "Zirə" öz meydançasında büdrəyib

Azərbaycan Premyer Liqasında XVI tur davam edir.

“Report”un məlumatına görə, günün ikinci görüşü Zirə İdman Kompleksinin stadionunda keçirilib.

İkinci pillədə qərarlaşan “Zirə” mövsümün sürpriz komandası “Araz-Naxçıvan”ı qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb - 0:0. Bu nəticədən sonra "Zirə" xallarının sayını 29-a, "Araz-Naxçıvan" isə 23-ə yüksəldib.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” “Sumqayıt”ı (6:1), “Kəpəz” “Qəbələ”ni (3:0) səfərdə məğlub edib. “Sabah” – “Səbail” və “Neftçi” – “Turan Tovuz” görüşləri dekabrın 10-da keçiriləcək.

Poliqon.info