Azərbaycanda məktəblini bıçaqladılar

Tovuzda 10-cu sinif şagirdi bıçaq xəsarəti alıb.

Poliqon.info APA-ya istinadən bildirir ki, hadisə N.Tusi adına Təbiət və Texniki Təmayüllü məktəb liseyində qeydə alınıb.

Məktəbinin 10-cu sinif şagirdi 2007-ci il təvəllüdlü Ruslan Məmmədov sağ bud nahiyəsinin kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal məktəbliyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə sinif yoldaşı tərəfindən bıçaqlanıb. Hadisə isə dərs vaxtı məktəbin həyatində qeydə alınıb.

Baş vermiş hadisə ilə bağlı araşdırmalara başlanıb.

Poliqon.info