"Onu heç kimə vermərəm, öndə olmalıyam..."

"İstər tamaşa, istərsə də film olsun, oynadığım rollara heç vaxt baxmıram. Baxmağa qorxuram ki, başlayacağam səhvlər axtarmağa. Özümə qarşı o qədər tələbkaram ki, bəlkə də bundan irəli gəlir"...

Poliqon axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Sənubər İsgəndərli "Min maska" proqramında deyib.

Yaradıcılığından danışan aktrisa oynadığı obrazları izləmədiyini bildirib:

"Qismətə inandığım üçün həyatımı da elə yaşayıram. Mənim olmayan mənim deyilsə, mənə gəlməz. Bu mənimdirsə, mütləq mənə gələr, qayıdar. Yəni həyatı da elə yaşayıram. Ola bilər rollarıma qarşı da eləyəm. Olmayıb ki, filan rolu oynamışam və demişəm, onu heç kimə vermərəm. Öndə olmalıyam kimi xüsusiyyətlər mənə ziddidir. Bu kimi xüsusiyyətlər insana kömək də, mane də olur. Qismətdir, olar- olmaz kimi düşündükcə o qismətin sənə gələn anda dəyişə bilər".

Poliqon.info