ABŞ-ın İsrail və Ukraynaya silah çatdırılmasında heç bir çətinliyi yoxdur

ABŞ Ordusu həm İsrailə, həm də Ukraynaya yardım göstərməkdə heç bir çətinlik çəkmir...

Poliqon Bloomberg Agentliyinə istinadən xəbər verir ki, bunu Pentaqonun rəhbərinin tədarük, logistika və texnologiya üzrə köməkçisi Duqlas Buş bildirib.

“Biz İsrail üçün helikopterlərdən tutmuş artilleriya sursatlarına qədər bir çox silah növləri istehsal etmişik. Ancaq hələlik bunların heç biri Ukraynaya göndərilməsi planlaşdırılanlarla birbaşa rəqabət apara və müdaxilə edə bilməz”, deyə Pentaqon rəsmisi bildirib.

Bununla belə, Duqlas Buş çətinliklərin yarana biləcəyini qeyd edib. Çünki Ukraynaya tədarük ABŞ-ın mövcud ehtiyatlarından göndərilir.Hazırda isə Pentaqonda cəmi bir milyard dollara yaxın vəsait qalıb ki, bu vəsaiti Kiyevə öz ehtiyatlarından hərbi yardım etmək üçün istifadə etmək olar.

Poliqon.info