Ostin konqresmenləri övladlarını Rusiya ilə döyüşə göndərməklə hədələyib

Pentaqon rəhbəri amerikalı konqresmenləri Kiyevə yeni yardımın təsdiq olunmayacağı təqdirdə övladlarını Ukraynaya göndərməklə hədələyib...

Poliqon xəbər verir ki, bu barədə amerikalı jurnalist Taker Karlson X sosial şəbəkəsində yazıb. Karlson deyib ki, Co Baydenin administrasiyası “Ukrayna məsələsində amerikalıları açıq şəkildə təhdid edir”.

“Dünən Nümayəndələr Palatasında keçirilən gizli brifinqdə müdafiə naziri Lloyd Ostin üzvlərə deyib ki, Zelenskiyə əlavə pul verməsələr, onların oğulları və qohumları Rusiya ilə döyüşə göndəriləcək. Oliqarxlara pul verin, yoxsa uşaqlarınızı öldürəcəyik”, deyə jurnalist sosial şəbəkədə yazıb.

Tesla və SpaceX-in qurucusu İlon Mask şərhlərdə Karlsondan Ostinin həqiqətən bunu deyib-demədiyini soruşub.

“Əslində bunu deyib. Təsdiqləndi”, deyə Carlson cavab verib.

Qeyd edək ki, Respublikaçı senatorlar bu həftə Ukraynaya yeni maliyyə yardımı layihəsini bloklayıblar. Bundan sonra Ostin, Ukraynaya yardımın qarşısının alınmasının Avropadakı ABŞ qoşunlarının NATO müttəfiqlərini müdafiə etmək məcburiyyətində qalması ilə nəticələnəcəyini, bildirib.

Poliqon.info