Tesla qiyməti 1500 dollar olan uşaqlar üçün maşın buraxır

Tesla 1500 dollara uşaqlar üçün Cybertruck buraxır. İstehsal versiyası dekabrın əvvəlində debüt edən elektrik yük maşınının indi daha kiçik versiyası var...

Poliqon xəbər verir ki, bu barədə “Motor.ru” portalının məlumatında bildirilir.

Mini Cybertruck 6-12 yaş arası uşaqlar üçün nəzərdə tutulub. Cybertruck elektrik mühərriki və litium-ion batareyası ilə təchiz edilib və tam doldurulma ilə beş saata qədər işləyir. Kiçik sürücülər üçün pikap maşınının qiyməti 1500 dollardır

Tesla Cybertruck mini-nüsxəsinin ölçüləri açıqlanmır, lakin maksimum yükgötürmə qabiliyyəti 68 kiloqramdır. Pikap LED fənər və arxa fənərlər, rezin təkərlər və tənzimlənən sürücü oturacağı ilə təchiz olunub.

Pikapın sürət saatda 16 kilometrlə məhdudlaşır, lakin ən gənc Cybertruck sahiblərinin valideynləri onu səkkizə endirməyə məcbur edə bilərlər.

Poliqon.info