Bakıda kafedə vətəndaşa xəsarət yetirən şəxs saxlanılıb

Bakıda kafedə vətəndaşa xəsarət yetiriən şəxs saxlanılıb.

"Report"un məlumatına görə, Tahir Qarayev "Nar Çiçəyim" kafesinde aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı şüşə parçası ilə Elşad Rəfiyevin bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona daxilə nüfuz edən həyatı üçün təhlükəli olan ağır xəsarətlər yetirib.

Faktla bağlı Xətai RPİ-nin İş-də ilə başlanılmış cinayət işi üzrə hadisəni törətmiş Tahir Qarayev şübhəli şəxs qismində tutulub.

Poliqon.info