İsrail Hərbi Hava Qüvvələri Nuseyrat qaçqın düşərgəsinə zərbələr endirib

İsrailin Qəzzada qaçqın düşərgəsinə endirdiyi zərbələr nəticəsində azı 5 nəfər həlak olub...

İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının mərkəzində yerləşən qaçqın düşərgəsinə hücum edib. Hücum nəticəsində ən azı 5 fələstinli mülki şəxs həlak olub.

Poliqon xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb. Xəbərdə qeyd edilir ki, İsrail təyyarələri Nuseyrat qaçqın düşərgəsindəki yaşayış binalarını vurub. Hadisə yerində dağıntıların təmizlənməsi, həmçinin dağıntılar altında yaralıların və sağ qalanların axtarışı istiqamətində işlər aparılır.

Qeyd edək ki, İsrail dəfələrlə Nuseyrat qaçqın düşərgəsinə hücum edib. Son zərbələrdən birində ən azı 14 fələstinli həlak olub.

Qeyd edək ki, İsrail hərbçilərinin hərəkətləri artıq ABŞ-da diqqət çəkib. Ağ Ev rəsmiləri İsraili mülki şəxslərə zərər verməmək üçün daha dəqiq planlaşdırmadan istifadə etməyə çağırıb.

Poliqon.info