Hacıqabulda avtomobil aşdı - xəsarət alan var

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.

Poliqon APA-ya istinadən bildirir ki, hadisə Hacıqabul rayonunun Muğan qəsəbəsində qeydə alınıb. Minik maşınının aşması nəticəsində Hacıqabul rayonunun Muğan kənd sakini, 1991-ci il təvəllüdlü İsrafil Həbib oğlu Əliyev ağır xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info