Casusluqda şübhəli bilinən iki amerikalı diplomat İspaniyanı tərk edib

Adları və vəzifələri açıqlanmayan ABŞ səfirliyinin iki əməkdaşı İspaniya hökumətinin tələbi ilə ABŞ səlahiyyətliləri tərəfindən geri çağırılıb...

Poliqon xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” qəzeti hökumətdəki mənbələrə istinadən yazıb.

Diplomatların İspaniyanı tərk etmək tələbi amerikalıların məxfi məlumat müqabilində iki İspaniya kəşfiyyatçısına külli miqdarda pul ödədiyini aşkar etdikdən sonra ortaya çıxıb.

Qəzetin yazdığına görə, qalmaqala ABŞ səfirliyinin daha çox əməkdaşı cəlb oluna bilər, lakin bu barədə dəqiq məlumat yoxdur.

“El Pais” yazır ki, İspaniya səlahiyyətliləri ABŞ səfiri Culissa Reynosonu çağırıb və ona nota verilib. Səfir vəziyyətdən xəbərsiz olduğunu deyib və üzr istəyib.

Hələlik nə İspaniya, nə də ABŞ qəzetin məlumatını şərh etməyib.

Poliqon.info