BMT-nin Qəzzada ölən əməkdaşlarının sayı 132-yə çatıb

BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Qəzza zolağında ölən əməkdaşlarının sayı 132 nəfərə çatıb...

“Report” xəbər verir ki, bu barədə qurumun hesabatında deyilir.

“Oktyabrın 7-dən indiyədək UNRWA-nın ümumilikdə 132 əməkdaşı öldürülüb”, - agentliyin hesabatında deyilir.

Hesabatda həmçinin bildirilir ki, 1 milyondan çox məcburi köçkün UNRWA-nın Xan Yunis və Rəfah rayonlarındakı 98 obyektinə sığınıb.

Poliqon.info