Ukrayna Pentaqonla 2024-cü ili müzakirə edib

Ukraynanın müdafiə naziri Pentaqonun rəhbəri ilə Kiyevin 2024-cü il strategiyası ilə müzakirə edib...

Ukraynanın müdafiə naziri Rüstəm Umerov Pentaqonda Pentaqonun rəhbəri Lloyd Austin ilə Kiyevin hərbi münaqişədə gələcək strategiyasını müzakirə edib.

Poliqon xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti Facebook-da məlumat yayıb. İclasda Ukrayna ordusunun nümayəndələri ilə yanaşı, Ukrayna prezidentinin aparatının rəhbəri və ölkənin ABŞ-dakı səfiri də iştirak edib.

“Tərəflər Ukraynanın 2024-cü il üçün strateji hədəflərini və fəaliyyət planını müzakirə ediblər. Ayrı-ayrılıqda nazirlər birgə müdafiə əməkdaşlığının inkişafı və hərbi sənaye kompleksinə investisiyaların cəlb edilməsi barədə danışıblar”, Ukrayna Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Məlumatda deyilir ki, görüş DFNC1 Beynəlxalq Müdafiə Sənayesi Forumunun davamı olub. Rüstəm Umerovun sözlərinə görə, söhbətin əsas mövzuları Ukraynada istehsalın lokallaşdırılması, investisiyalar və birgə müəssisələrin tikintisi olub.

Mətbuat xidməti qeyd edib ki, tərəflər hava hücumundan müdafiənin gücləndirilməsinə xüsusi diqqət yetiriblər. Ukrayna nümayəndələri həmçinin müdafiə qüvvələrini NATO prinsiplərinə uyğunlaşdırmaq məqsədinin olduğunu bildiriblər.

Bir gün əvvəl ölkələr Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını ödəmək üçün kritik silahların birgə istehsalı və texniki məlumatların mübadiləsinə dair niyyət bəyanatı imzalayıblar. “Reuters”in məlumatına görə, qapalı iclasda Ukrayna ABŞ-dan F-18 qırıcıları, Apache və Blackhawk helikopterləri, hava hücumundan müdafiə sistemləri və pilotsuz təyyarələr tələb edib.

Poliqon.info