Borrell İsraili BMT-yə Qəzzada əhaliyə dəstək vermək imkanı verməyə çağırıb

Avropa İttifaqının xarici siyasət komissarı Josep Borrell İsraili BMT agentliklərinə Qəzza zolağında əhaliyə dəstək verməyə icazə verməyə çağırıb...

Poliqon xəbər verir ki, Borrel bu barədə X sosial media səhifəsində yazıb.

“Mən həmçinin İsraili BMT-nin bütün agentliklərini, o cümlədən onların Rezident Əlaqələndiricisi və Yaxın Şərq Sülh Prosesi üzrə Xüsusi Koordinator müavini Lin Hastinqsin Qəzzada mülki şəxslərə təcili dəstək verməsini təmin etməyə çağırıram”, deyə Borrel yazıb.

Bundan əlavə, Borrell BMT Təhlükəsizlik Şurasındakı Aİ üzvlərindən və həmfikir tərəfdaşlarından dünya qurumunun Baş katibi Antonio Quterreşin Qəzzada humanitar çöküşün qarşısını almaq çağırışına dəstək vermələrini xahiş edib.

Poliqon.info