Pentaqonun keçmiş rəhbəri: Tramp prezidenti olsa, NATO-nu dağıdacaq

Donald Tramp yenidən ABŞ prezidenti olacağı təqdirdə NATO-nu məhv edə bilər...

Poliqon xəbər verir ki, bu barədə Pentaqonun keçmiş rəhbəri Mark Esper MSNBC telekanalında bildirib.

Esper əmindir ki, Tramp prezident kürsüsünə qayıdarsa, ABŞ mütləq Şimali Atlantika Alyansına üzv olan ölkələrdən qoşunlarını çıxaracaq.

"Bu, nəticədə bütün Alyansın dağılmasına səbəb ola bilər", deyə keçmiş Pentaqonun rəhbəri qeyd edib.

Esper əlavə edib ki, belə bir ssenaridə ABŞ hegemonluğu sona çatacaq. Həmçinin, onun sözlərinə görə, son illərdə müəyyən edilmiş qayda və normaların iflası olacaq.

Avqustda Trampın keçmiş köməkçisi Con Bolton demişdi ki, ABŞ-ın keçmiş prezidenti 2024-cü ildə keçiriləcək seçkilərdə qalib gəlsə, siyasətçi ölkəni NATO-dan çıxaracaq.

Poliqon.info