"Baykar" şirkəti kosmosa ilk peykini buraxmağı planlaşdırır

Dünyanın ən böyük pilotsuz uçuş aparatları istehsalçılarından biri olan Türkiyənin "Baykar" şirkəti 2025-ci ildə kosmosa öz peykini buraxmağı planlaşdırır...

Poliqon xəbər verir ki, bu barədə şirkətin İdarə Heyətinin sədri Səlcuq Bayraktar "Axşam" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, il yarımdır ki, kosmik layihə üzərində iş gedir, "Baykar" gələcəyi gözləyir və bu gün bu gələcək üçün yarışa hazırlaşır.

Səlcuq Bayraktar aydınlaşdırıb ki, şirkət hazırda kosmik texnologiya sahəsində aşağı orbitli komanda peykləri və orbital nəqliyyat vasitələri üzərində işləyir. Onun qlobal naviqasiya sistemləri və xüsusi rabitə proqramları üçün innovasiyaların inkişafına dəstək verəcək bir peyk olacağı gözlənilir.

Poliqon.info