Qırğızıstan Rusiyaya qarşı Qərbin sanksiyalarına əməl edəcək

Qırğızıstanın xarici işlər naziri Jenbek Kulubayev bildirib ki, KTMT və Aİİ üzvü olan ölkə Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalara əməl etmək tələbi ilə razıdır...

Poliqon “İnterfaks” Agentliyinə istinadən xəbər verir ki, nazir onu da qeyd edib ki, tələblərə əməl olunmasını izləmək həmişə mümkün olmur.

“Biz münaqişədə Rusiya və ya Ukraynanı dəstəkləyə bilmərik, ona görə də mümkün olsa, sanksiyalara əməl edəcəyik, çünki bəzi mallar hərbi sənayeyə aid ola bilər”, deyə Kulubayev bildirib.

Nazir əlavə edib ki, Qırğızıstan eyni vaxtda Rusiya, Ukrayna və Avropa İttifaqı ölkələri ilə əməkdaşlıq edir. Jenbek Kulubayevin qeyd edib ki, Bişkek Moskvaya qarşı sanksiyalara riayət etmək üçün razılaşmalara razıdır, buna baxmayaraq Rusiya ölkənin əsas ticarət tərəfdaşı olaraq qalır.

Poliqon.info