Bayden: Putin Ukraynanı ələ keçirsə, ABŞ əsgərləri rus əsgərləri ilə döyüşəcək

ABŞ prezidenti Co Bayden Konqresi Ukraynaya 60 milyard dollardan çox məbləğdə hərbi yardım üçün əlavə maliyyə ayrılmasını təsdiqləməyə çağırıb...

Poloqon xəbər verir ki, Bayden G7 plkələri ilə danışıqlar aparıb, orada xüsusilə Ukraynaya yardım məsələsini müzakirə edib. Onun sözlərinə görə, G7 və avropalı dost ölkələrin liderləri gələcəkdə Kiyevi dəstəkləməyə hazırdırlar. Prezident vurğulayıb ki, əgər Rusiya qalib gəlsə, təkcə Ukraynada dayanmayacaq, hərbi əməliyyatlar NATO ölkələrini də əhatə edəcək.

"ABŞ-da kim bundan imtina etməyə hazırdır? Mən hazır deyiləm və mən Amerika xalqının da buna hazır olduğunu düşünmürəm. Putin Ukraynanı ələ keçirsə, bununla da dayanmayacaq. Uzunmüddətli perspektivi görmək vacibdir. O, davam edəcək. Bu, olduqca aydındır. Əgər Putin bir NATO müttəfiqinə hücum edərsə, NATO üzvü olaraq biz Alyans ərazisinin hər qarışını müdafiə etməyi öhdəmizə götürmüşük. Onda əlimizdən gələni edəcəyik. Bu gün istəmədiyimiz və əlimizdə olmayanlar baş verəcək, Amerika qoşunları rus qoşunları ilə döyüşəcək".

Amerika lideri əlavə edib ki, bu səsvermə uzun müddət yadda qalacaq. Bayden vurğulayıb ki, tarix azadlıq davasına arxa çevirənləri sərt şəkildə mühakimə edəcək:

"Biz Putinin qalib gəlməsinə imkan verə bilmərik. Yenə deyirəm, Putinin qalib gəlməsinə imkan verə bilmərik. Bu, bizim milli maraqlarımıza və bütün dostlarımızın beynəlxalq maraqlarına uyğundur. Ukraynanı dəstəkləmək imkanımıza hər hansı maneə Putinin mövqeyini birmənalı şəkildə gücləndirir".

Poliqon.info