25 ilin qətlində günahlandırılan eks-prezident 16 il sonra həbsdən azad edilib

Fuximori 2007-ci ildə Çilidən ekstradisiya edildikdən sonra 16 il həbsdə yatıb...

1990-cı illərdə onillik hakimiyyəti dövründə insan haqlarını pozduğuna görə 25 il həbs cəzasına məhkum edilmiş keçmiş Peru prezidenti Alberto Fuximori ölkənin ən yüksək məhkəməsi 2017-ci ildə mübahisəli əfv fərmanını bərpa etmək qərarına gəldikdən sonra azad edilib.

Poliqon xəbər verir ki, bu barədə Aljazeera telekanalı məlumat yayıb.

85 yaşlı Fuximori Amerikalararası İnsan Haqları Məhkəməsinin və qurbanların ailələrinin tənqidlərinə baxmayaraq, məhkəmənin humanitar əsaslarla əfv fərmanının bərpa edilməsinə qərar verməsindən bir gün sonra Limadakı Barbadillo həbsxanasından azad edilib.

Fuximori 2007-ci ildə Çilidən ekstradisiya edildikdən sonra 16 il həbsdə yatıb. Onun tərəfdarlarından ibarət izdiham həbsxananın qarşısında toplaşıb. Fuximorini iki övladı, üç dəfə prezidentliyə namizəd olmuş Keyko və iş adamı Kenci qarşılayıb.

Fuximori yapon mənşəlidir və buna baxmayaraq, 1990-2000-ci illərdə ölkəyə rəhbərlik edib.

Tənqidçilər deyirlər ki, o, demokratik təsisatlardan sui-istifadə edib və hökumətinin "Parlaq yola" müxalifəti zamanı vəhşiliklər törədib.

Fuximori 2009-cu ildə 1991 və 1992-ci illərdə 25 nəfərin qətlinə görə məhkum edilib, lakin 2017-ci ilin dekabrında keçmiş prezident Pedro Pablo Kuçinski tərəfindən əfv edilib.

Bu həftə Konstitusiya Məhkəməsinin qərarına qədər Amerikalararası Məhkəmənin və qurbanların ailələrinin təzyiqi altında əfvlər aşağı məhkəmələr tərəfindən dəfələrlə ləğv edilib və ya dayandırılıb.

Elə həmin il Perunun digər keçmiş prezidenti Alejandro Toledo 18 aylıq həbs olunub.

Poliqon.info