“Dilan Polatı mən tanıtdım” deyən fenomen saxlanıldı

Dilan Polat və Engin Polata qarşı əməliyyatdan sonra sosial media fenomenləri yaxından izlənilib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 127 gözəllik salonuna sahib olan və "Dilan Polatı sahəyə mən tanıtdım" deyərək ad çıxaran Neslim Güngen və həyat yoldaşı İnanç Güngen haqqında istintaq başladılıb.

Bundan əlavə, ehtiyat tədbiri olaraq cütlüyün əmlakı müsadirə edilib.

Bir müddət əvvəl Neslim Güngen, "Zəhmət olmasa, məni araşdırın. 2014-cü ildən lüks maşın sürürəm, çünki bunu öz zəhmətimlə etmişəm. Alnım təmizdir. Səhv eləsəm mən dövlət qarşısında cavab verəcəm"  deyə "Show Haber"ə danışıb.

O, bundan əlavə, Dilan Polatla bağlı "Dilan Polatı bu sahə ilə mən tanış etdim. Özümü ayağımdan vurdum. O, dəstək istəyəndə ona kömək etdim" deyib.

Poliqon.info