AZPROMO: "Bu il şərab ixracından 8 milyon dollar gəlir əldə edəcəyik"

Azərbaycan 2023-cü ilin yekununda 8 milyon ABŞ dolları dəyərində şərab ixrac edəcək.

"Report" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib.

"Bu ilin 11 ayında şərab ixracının ümumi dəyəri 7 milyon ABŞ dollarını keçib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 33 % çoxdur. Əsas ixrac bazarımız Rusiya olaraq qalır. 11 ayda bu ölkəyə 5 milyon ABŞ dollarından çox dəyərdə şərab ixrac edilib. Hesab edirik ki, ilin sonuna qədər Azərbaycana şərab ixracından 8 milyon ABŞ dollar dəyərində vəsait daxil olacaq. Bunun da 80-85 %-i Rusiyanın payına düşəcək", - deyə o qeyd edib.

Poliqon.info