Politico: Aİ Rusiyaya görə Çin şirkətlərinə qarşı sanksiyalar hazırlayır

Avropa İttifaqının nümayəndələri Çin şirkətləri tərəfindən ikili təyinatlı malların Rusiyaya ixracını məhdudlaşdırmaq üçün Çin prezidenti Si Tszinpinə təsir etməyi planlaşdırır...

Poliqon xəbər verir ki, bu barədə Politico qəzeti avropalı diplomatlara istinadən yazıb.

Mənbələrin sözlərinə görə, Avropa İttifaqı Rusiyaya qarşı qarşıdan gələn yeni sanksiyalar paketinə 13 Çin şirkətinin daxil edilməsi imkanını nəzərdən keçirir.

Bu mövzu dekabrın 7-də Pekində Si Tzsinpinin Avropa İttfaqı Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə görüşündə müzakirə olunacaq.

"Biz sanksiyalardan yayınma ilə bağlı çox narahatıq. Və istərdik ki, Çin bizim sanksiyalardan yayınan bir sıra təşkilatlarla məşğul olsun. Çinin bunu özünün yoluna qoyması daha məqsədəuyğun olardı, lakin bizim problemi həll etmək üçün alətlərimiz var", deyə Avropa İttifaqının adı açıqlanmayan yüksək rütbəli rəsmisi bildirib.

Başqa bir rəsminin sözlərinə görə, Çindən gələn şirkətlərə qarşı sanksiyalarla bağlı qərar Si tszinpinin reaksiyasından asılı olacaq.

Politico-nun digər həmsöhbəti əmindir ki, Çin tərəfi Rusiya ilə bağlı müzakirələrdən imtina edəcək.

Noyabrın sonunda Pekində Çin və Avropa İttifaqı arasında xarici siyasət məsləhətləşmələrinin 16-cı raundu keçirilib və 2019-cu ildən bu yana dekabrın 7-8-nə planlaşdırılan ilk şəxsən Çin-Avropa İttifaqı sammitinə hazırlıq işləri tamamlanıb. Gözlənilir ki, qarşıdan gələn görüşdə Avropa Pekini "idarə olunan rəqabət" yolu ilə cilovlamaqdansa, qarşılıqlı faydalı əməkdaşlığa vurğu ilə Pekinlə münasibətlər modelini qurmağa çalışacaq.

Poliqon.info