İsrail ordusu: Qəzza zolağında 138 girov qalıb

İsrail HƏMAS-ın əsirliyində saxladığı girovların sayını açıqlayıb...

Fələstinin HƏMAS hərəkatı tərəfindən girov götürülənlərin sayı artaraq 138 nəfərə çatıb.

Poliqonxəbər verir ki, bu barədə The Jerusalem Post qəzeti İsrail Müdafiə Qüvvələrinin sözçüsü kontr-admiral Daniel Həqariyə istinadən məlumat yayıb. Həqarinin sözlərinə görə, əvvəllər itkin düşmüş hesab edilən bir nəfər də Qəzza zolağında əsir saxlanılır.

Həqari girovlar arasında 20-yə yaxın qadın və uşağın olduğunu bildirib. Yerdə qalan məhbuslar kişilərdir.

Bundan əvvəl HƏMAS Siyasi Bürosunun üzvü Usamə Həmdan bildirmişdi ki, Fələstin qrupu İsrail ordusu anklava təcavüzünü dayandırmayana qədər Qəzza zolağında qalan girovları azad etməyəcəklər. Həmdan qeyd edib ki, HƏMAS üzvləri artıq Təl-Əvivlə danışıqlara getməyəcək.

Öz növbəsində Yəhudi Dövlətinin Baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağında əməliyyatı Fələstinin HƏMAS hərəkatı üzərində tam qələbəyə qədər davam edəcək. Baş nazirin sözlərinə görə, İDF müharibənin bütün məqsədlərinə çatmaq üçün iradə və qətiyyətə malikdir.

Baş nazir əlavə edib ki, hazırda İsrailin qarşısında üç məqsəd var. Söhbət HƏMAS-ın tamamilə məhv edilməsindən, bütün girovların qaytarılmasından və Qəzza zolağının yenidən təhlükəyə çevrilməyəcəyinə zəmanətin yaradılmasından gedir.

Poliqon.info