Rumıniyada qızılca epidemiyası elan edilib
Bu barədə Rumıniyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
“Qızılcaya yoluxma hallarının sürətlə artımını, eləcə də xəstəxanalarda yoluxmuş uşaqların olmasını nəzərə alaraq, Rumıniyanın Səhiyyə Nazirliyi 9 yaşlı uşaqların peyvənd olunmasının mümkünlüyünü təmin etmək üçün milli qızılca epidemiyası elan edib”, - Rumıniya Səhiyyə Nazirliyinin məlumatında qeyd olunub.
Məlumatda həmçinin qeyd olunur ki, hazırda Rumıniyada 41 əyalətdən 29-da 2 minə yaxın qızılcaya yoluxma faktı qeydə alınıb.
Rumıniya Səhiyyə Nazirliyi ölkədə uşaqların 78%-nin peyvəndin ilk dozasını, peyvənd olunmaq hüququ olan uşaqların 62%-nin isə iki doza qəbul etdiyini bildirib.
Nazirlik həmçinin diqqətə çatdırıb ki, 10 il ərzində Rumıniyada peyvənd olunan uşaqların sayında azalma müşahidə olunur. (oxu.az)
Poliqon.info