Braziliya Venesuela ilə sərhədə zirehli texnika göndərəcək

Braziliya Müdafiə Nazirliyi Essequibo bölgəsində mümkün müharibənin bir neçə ssenarisini nəzərdən keçirir...

Poliqon xəbər verir ki, bunu Braziliyanın Müdafiə naziri Xose Musio Venesuela sərhədlərinə 20 zirehli maşın və 130 əsgər göndərmək planlarını açıqladğı zaman deyib.

G1 nəşri mənbəyə istinadən yazır ki, Braziliya hakimiyyəti Venesuela və Essekibo bölgəsi sərhədində döyüş hazırlığının səviyyəsini artırıb. Nəşrin yazdığına görə, Braziliya rəhbərliyi müharibənin mümkün olmadığını hesab edir və hazırda müdaxilə etməmək mövqeyindən çıxış edir.

Xatırladaq ki, Venesuelada dekabrın 3-də Qayana-Essekibo əyalətinin yaradılması ideyası ilə bağlı referendum keçirilib. 2015-ci ildə zəngin neft yataqları aşkar edən bölgə hazırda qonşu Qayana ölkəsinin bir hissəsidir. Venesuela hakimiyyəti referendumda səs verənlərin 95%-nin yeni dövlətin yaradılması ideyasını dəstəklədiyini bildirib.

Venesuela prezidenti Nikolas Maduro dekabrın 4-də ölkənin “Essequibo”nu geri qaytara biləcəyini söyləyib. Qayana vitse-prezidenti Bharrat-Caqdeo hökumətin eskalasiyaya hazırlaşdığını bildirib.

Poliqon.info