ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb, ayağı amputasiya edilib, araşdırma aparılır - Yenilənib

Ağdamda mina partlayıb...

Ağdamda mina partlayışı faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Poliqon-a Baş Prokurorluqdan bildirilib.

Qeyd edilib ki, dekabrın 5-də Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlunun xidməti vəzifəsini yerinə yetirən zaman mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***

APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə bu gün Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində baş verib.

Minaya düşən şəxsin Vaqif Əkbərov olduğu bildirilir. İlkin məlumata görə, o, ayağından xəsarət alıb.

Poliqon.info