Avropa Parlamenti Ukraynaya dəstəyi maliyyə problemi hesab edir

Avropa Parlamentinin (AP) rəhbəri Roberta Metsola bildirib ki, Ukraynaya yardım Avropa üçün ciddi maliyyə problemidir...

Poliqon xəbər verir ki, o, bu barədə İtaliyanın "Corriere della Sera" qəzetinə müsahibəsində danışıb.

"Bu, Avropa üçün böyük maliyyə problemidir. Amma səylər siyasi liderlərdən başlayır", deyən Avropa Parlamentinin rəhbəri münaqişənin əvvəlində olduğu kimi bundan sonra da lazım olan qədər Ukraynanı dəstəkləyəcəklərini bildirib.

O, həmçinin bildirib ki, bu il ərzində Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamaq üçün siyasi qərarın qəbul edilməsinə çalışacaq. Onun fikrincə, bu, Avropanın "heç bir yorğunluğa təslim olmadığına" əminlik işarə olacaq.

Roberta Metsolanın sözlərinə görə, bu məsələ ilə bağlı danışıqlar davam edir, lakin bütün ölkələr hələ ki, bunu dəstəkləmir.

Poliqon.info