İrəvanda “Sülh kəsişməsi” layihəsi mövzusunda konfrans başlayıb

Konfransın işində Türkiyə ekspertlərinin də iştirakı gözlənilir...

Poliqon Ermənistan mətbuatına əsasən xəbər verir ki, dekabrın 5-də İrəvanda “Yeni regional reallıqlar” və “Dünyanın kəsişməsi” mövzusunda konfrans işə başlayıb.

Təşkilatçılar tədbirdə erməni, iranlı, hindistanlı, gürcüstanlı və türkiyəli ekspertlərin iştirak edəcəyini bildiriblər.

Qeyd edilir ki, konfransın məqsədi regionun mövcud reallıqlarını, qarşılıqlı maraqları və regional layihələri müzakirə etməkdir.

Ermənistan hökumətinin təqdim etdiyi “Sülh kəsişməsi” layihəsini nəzərə alaraq, müzakirələrin regionun geosiyasəti, iqtisadi əlaqələri və perspektivli infrastruktur layihələrinə yönəldilməsi planlaşdırılır.

Qeyd edək ki, Paşinyan hökümətinin təqdim etdiyi “Sülh kəsişməsi” layihəsi Ermənistama bir sıra istiqamətlərdən, o cümlədən Azərbaycandan və Türkiyədən keçən nəqliyyat yollarının açıqlması nəzərdə tutulr.

Poliqon.info