Fidel Kastronun MKİ-ya çalışan kiçik bacısı vəfat edib

Kubanın dövlət və siyasi xadimi Fidel Kastronun kiçik bacısı Xuanita Kastro dekabrın 4-də Mayamidə (Florida ştatı) 91 yaşında vəfat edib...

Poliqon xəbər verir ki, bu barədə onun nümayəndəsi Mariya Antonietta Kollinz İnstaqram səhifəsində məlumat verib.

“Bu, heç vaxt açıqlamaq istəmədiyim, lakin 30 ildən çox onun nümayəndəsi olduğum üçün açıqlamağa borclu olduğum xəbərdir. Bu gün 90 yaşında müstəsna qadın və Kuba uğrunda yorulmaz mübariz Xuanita Kastro vəfat etdi”, deyə Kollinz yazıb.

Qeyd olunur ki, mərhumun dəfn mərasimi bağlı qapılar arxasında keçiriləcək.

Qeyd edək ki, Xuanita Kastro 1964-cü ildə adanı tərk edib. Bundan sonra o, dəfələrlə Kuba hakimiyyətini açıq şəkildə tənqid edib. Daha sonra o, 1961-ci ildən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq etdiyini etiraf edib.

Poliqon.info