Orban Aİ-dən Ukrayna danışıqlarının müzakirəsini təxirə salmağı xahiş edib

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqından gələn həftə Brüsseldə keçiriləcək sammitdə Ukraynanın birliyə daxil olması ilə bağlı danışıqların başlanmasının müzakirəsini təxirə salmağı xahiş edib...

Poliqon xəbər verir ki, Bloomberg Agentliyinə bu barədə Orbanın Avropa Şurasının prezidenti Çarlz Mişelə göndərdiyi məktubuna istinadən məlumat yayıb.

Orbanın yazdığına görə, Aİ ölkələri arasında “açıq-aşkar konsensus” olmadığı üçün məsələnin müzakirəsi cəhdi “qaçılmaz uğursuzluğa gətirib çıxaracaq”. Viktor Orban hesab edir ki, danışıqların başlanması “obyektiv və ləyaqətə əsaslanan alət kimi Aİ-nin genişlənmə siyasətinin sona çatmasını” nəzərdə tutur.

Bloomberg-in istinad etdiyi sammit proqramı göstərir ki, Aİ liderləri Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamaq barədə razılığa gəlməyi planlaşdırırlar. Lakin danışıqların detalları bu ölkələrdə lazımi islahatlar başa çatdıqdan sonra qəbul edilməlidir.

Xatırladaq ki, oktyabrın 14-də Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Szijyarto bildirib ki, Ukrayna hakimiyyəti Transkarpat macarlarına qarşı “ayrı-seçkilik” qanunlarını ləğv etməyənə qədər Macarıstan Ukraynanın Aİ-yə üzvlüyünə razı olmayacaq.

Dekabrın 1-də Viktor Orban Ukraynanın Aİ-yə daxil olması məsələsini beş ildən on ilə qədər təxirə salmağı təklif edib.

Poliqon.info