Pakistanda güclü zəlzələ olub

Pakistanda 5,5 maqnitudalı zəlzələ olub.

“Report” xəbər verir ki, hadisə ölkənin Bəlucistan vilayətində qeydə alınıb.

Zəlzələnin dərinliyi 60 kilometr olub.

Təbii fəlakətin nəticələri, o cümlədən itki və dağıntılar barədə hələ ki məlumat yoxdur.

Poliqon.info