Ermənistanda qızılcaya yoluxanların sayı 500-ü keçib

Ermənistanda qızılcaya yoluxanların sayı 500 nəfəri keçib.

Ermənistan mediasının məlumatına görə, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi məlumat yayıb.

Bildirilir ki, təkcə son bir həftədə Ermənistanda qızılcaya dördü uşaqda olmaqla beş yeni yoluxma halı qeydə alınıb.

Ümumilikdə qızılcaya yoluxanların sayı 513-ə yüksəlib, onlardan 365-i uşaq, 148-i yetkindir. Yoluxanlardan dördü xəstəxanaya yerləşdirilib. (oxu.az)

Poliqon.info